Canmirzə Mirzəyevin müalicəsindən imtina olundu - Cavab

canmirze-mirzeyevin-mualicesinden-imtina-olundu-cavab
Oxunma sayı: 2646

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Firidun Qarabəyov “Qafqazinfo”ya bildirib ki, həqiqətən Canmirzə Mirzəyev ona müraciət edib və verdiyi cavab heç də sabiq hərbi qulluqçunun təqdim etdiyi kimi olmayıb: “Mən ona belə bir cavab verdim ki, Hərbi qulluqçuların statusu haqqında qanuna əsasən 20 və daha çox il xidmət etmiş ali və baş zabit heyətinə daxil olan şəxslər yalnız üç halda pulsuz müalicə imtiyazından yararlana bilərlər. Səhhətinə, yaşına və ya ştatların ixtisarına görə təxris edilənlər. Siz isə başqa əsasla Silahlı Qüvvələrin sırasından təxsis olunduğunuza görə pulsuz müalicə olunmaq imtiyazından istifadə etmək hüququna malik deyilsiniz. Bu adi prosedurdur və hamı bunu bilir”.