CASCFEN Mətbuat Şurasına müraciət etdi

cascfen-metbuat-surasina-muraciet-etdi
Oxunma sayı: 631

CASCFEN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sədr Azər Həsrətin şəxsən özü oktyabrın 10-da MŞ-na üzv olmaqla bağlı başçılıq etdiyi təşkilatın sənədlərini sonuncuya təqdim edib. “Ümid edirik ki, MŞ ən qısa müddətdə bizim müraciətimizə baxacaq və CASCFEN də Azərbaycanda söz və ifadə azadlığının qorunması, jurnalistlərin daha güvənli bir şəraitdə çalışa bilməsi üçün öz səylərindən daha səmərəli istifadə edəcək”, - deyə Azər Həsrət bildirib.

Qeyd edək ki, CASCFEN 2003-cü ilin mart ayında qurulsa da yalnız bu ilin iyun ayında rəsmi dövlət qeydiyyatına alınıb. Şəbəkənin Mətbuat Şurasına üzv olunması haqında qərar isə ötən həftə sonu keçirilən idarə heyətinin toplantısında qəbul edilib.