“Çatışmazlıqlarımız var”

catismazliqlarimiz-var
Oxunma sayı: 650

Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ilk yoxlama oyununda Rusiyanın “Axmat” klubuna 0:1 hesabıyla məğlub olub. 

“Qafqazinfo” xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov kubununun rəsmi saytına açıqlamasında qarşılaşmaya belə şərh verib: “Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda, futbolçularımın istəkli olması məni razı saldı”.