Çaylarda monitorinq olub

caylarda-monitorinq-olub
Oxunma sayı: 647

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Kür çayında su sərfi sentyabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 23.6 kubmetr artıb.
Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də müşahidə olunub.

Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.