Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlandı
Oxunma sayı: 331

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-180, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvan və Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2017-ci il fevralın 02-də 463 sm), Şirvanda 275 sm (2017-ci il fevralın 02-də 327 sm), Salyanda 299 sm (2017-ci il fevralın 02-də 286 sm), Bankədə 212 sm (2017-ci il fevralın 02-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2017-ci il fevralın 02-də 192 sm) təşkil edir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi