“Cebhat ən-Nüsra”nın lideri komaya düşüb

cebhat-en-nusranin-lideri-komaya-dusub
Oxunma sayı: 1234

“Cebhat ən-Nüsra” terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Cülyani komaya düşüb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, terrorçu lider Rusiya hərbi qüvvələrinin hava hücumu zamanı ağır yaralanıb və komaya düşüb. Rusiya MN-nin general-mayoru İqor Konaşenkov bildirib ki, Cülyaninin komada olması İdlibdəki terrorçular arasında narahatlıq yaradıb.

Xatırladaq ki, Rusiya MN-i daha əvvəl yaydığı məlumatda hava hücumları zamanı Əbu Məhəmməd əl-Cülyaninin bir qolunu itirdiyini qeyd etmişdi.

Aysel Kərimova