Cəbhə bölgəsindəki uşaqlar sevindi

cebhe-bolgesindeki-usaqlar-sevindi
Oxunma sayı: 1311

Füzuli rayonunun Qayıdış qəsəbəsində uşaqlar üçün “Cəsur ürəklər” adlı futbol oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir UEFA-nın maliyyə, AFFA-nın təşkilati dəstəyi ilə baş tutub. AFFA-nın departament rəhbəri Cahangir Həsənzadə öz məşqçi komandası ilə uşaqlara futbol oynamağın qaydalarını izah edib. Tədbirin keçirilməsində məqsəd cəbhəyanı ərazi yaşayan uşaqların cəmiyyətə və idman oyunlarına adaptasiya olunmasına dəstək vermək olub.

Tədbirdə ümumilikdə 250 uşaq iştirak edib.