“Cəfəng qollar buraxdıq” - Zaur Svanadze

cefeng-qollar-buraxdiq
Oxunma sayı: 642

“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Lüksemburqda “Fola”ya 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

Gürcüstanlı mütəxəssis bəxtsizlikdən şikayətlənib:

“Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".

Qeyd edək ki, Bakıdakı görüşdə “İnter” 1:0 hesabı ilə qalib gəlmişdi.