“Celentano” Bakıda şou göstərdi - Fotolar

celentano-bakida-sou-gosterdi
Oxunma sayı: 2285

Ötən gün Bakıda “Celentano Tribute Show” nümayiş etdirilib.  “Qafqazinfo” xəbər verir ki, trendə çevrilən İtaliya layihəsi Heydər Əliyev Sarayında keçirilib. 

Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə reallaşdırılıb. Adriano Celentanonun ən sevimli hitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunub. 

Bu məqamda bildirək ki, Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. 

Fotolar: Nuran Məmmədov