Cəlilabadda kütləvi dava, xəsarət alan var

celilabadda-kutlevi-dava-xesaret-alan-var
Oxunma sayı: 1506

Cəlilabad sakini döyülüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib.
 
Döyülən şəxs rayonun Babaxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Əkbər oğlu Qaraşovdur. Yaralı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.