Cəmil Quliyevə yeni vəzifə verildi

cemil-quliyeve-yeni-vezife-verildi
Oxunma sayı: 7554

İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə vəzifə verilib.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, Cəmil Quliyev avqustun 1-dən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri təyin edilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiq edib.