“Cənab İlham Əliyevə can sağlığı arzulayıram” - - Tünzalə

cenab-ilham-eliyeve-can-sagligi-arzulayiram-
Oxunma sayı: 1392


“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist “Mənim prezidentim” adlı mahnısına çəkilən klipi təqdim edib. Müğənni klip təssuratlarını jurnalistlərlə bölüşüb: 

“"Mənim prezidentim” mahnısı oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə həsr olunub. Klipin rejisssoru Ülviyyə Könüldür. Mahnının sözləri İsmayıl Dadaşova, musiqisi mənə məxsusdur. Çəkilişdə mindən artıq gənc iştirak edib. Layihənin bu qədər uğurlu alınacağını düşünmürdüm. Gənclər mənimlə birlikdə həm ifa etdilər, həm də rəqs etdi. İnsanların bizə bu qədər dəstək olması məni sevindirir. Dünən ailə məclislərinin birində idim, mənə dedilər ki, “Mənim prezidentim”mahnısını ifa et. Mən də çox şərəf hissi keçirərək bu mahnını oxudum. Əminəm ki, mahnı kimi klip də seviləcək. Prezidentimiz cənab İlham Əliyevə can sağlığı, seçkilərdə uğurlar arzulayıram".

Könül