Ceyhun Cəfərov kənd sakinləri ilə görüşdü

ceyhun-ceferov-kend-sakinleri-ile-gorusdu
Oxunma sayı: 2511

Bu gün Muğanlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun və Millət Vəkili Rafael Hüseynovun iştirakı ilə görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Muğanlı kənd tam orta məktəbində təşkil olunan görüşdə məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ceyhun Cəfərov ümumi icbari təhsilin yerinə yetirilməsində çətinlik yaradan əsas problemlərdən biri də bir sıra kəndlərin qonşu məktəblərdən xeyli aralı məsafədə yerləşməsini qeyd edib. Belə məktəblərdən birinin də Muğanlı kənd ümumi orta məktəbinin olduğunu bildirib. O, hal-hazırda rayonun Təklə, Öyləqulu kənd ümumi orta və Bağman kənd tam orta məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisi başa çatmaq üzrə olduğunu, bundan əlavə Təhsil Nazirliyinin sifarişi əsasında şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı təmir işləri aparıldığını və Qarasu kəndində yeni məktəb binasının tikilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə çıxış edən Millət Vəkili Rafael Hüseynov ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda təhsil sahəsində görülmüş işlərdən ətraflı məlumat verib.

Sonda kənd ziyalıları çıxış ediblər.