Çin Amerikaya çağırış etdi

cin-amerikaya-cagiris-etdi
Oxunma sayı: 1790

ABŞ prezidenti Donald Trampın Çin məhsullarına əlavə 50 milyard dollarlıq gömrük vergisi tətbiq etməsi Çin hökümətində narazılığa səbəb olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi əlavə vergi və investisiya məhdudiyyətlərinə ciddi şəkildə qarşı olduqlarını açıqlayıb.

Nazirlik, bu mövzuda qanuni hüquqlarını qətiyyətlə müdafiə edəcəklərini, lazım gəlsə eyni məhdudiyyətləri Amerikaya tətbiq edəcəklərini əlavə edib. Çin eyni zamanda, Çin-ABŞ biznes münasibətlərinə zərər verməmək və dialoqlar vasitəsilə mövcud məsələləri həll etmək üçün Vaşinqton rəhbərliyinə çağırış edib.

Qeyd edək ki, Çinin Amerikanın texnoloji və ticari sirrlərini oğurladığını əsas gətirərək ABŞ Ticarət Nümayəndəliyi (USTR) keçən ilin avqust ayından başlatdığı istintaq çərçivəsində həmin ölkənin Amerikadakı iqtisadi fəaliyyətini məhdudlaşdıracağını açıqlamışdı.

Ülviyyə