Çin kosmosa qadın göndərir

cin-kosmosa-qadin-gonderir
Oxunma sayı: 634

"Şençjou-9" kosmik gəmisi yerli vaxtla saat 18:37-də (Bakı vaxtı ilə 15:37-də) "Szyutsyuan" kosmodromundan "Changzheng-2F" raketdaşıyıcısı vasitəsilə buraxıllıb.

Çinin ilk qadın kosmonavtı Çin Hərbi Hava Qüvvələrinin mayoru Lyu Yan olub. Ondan başqa, heyətə artıq kosmosa uçmuş kosmik gəminin komandiri Szin Haypen və orbitdə olan "Tyanqun-1" orbital modulu ilə "Şençjou"nun birləşməsinə cavabdeh Lyu Van daxildir.

Kosmik missiyanın əsas məqsədi əl ilə işləmə və artıq orbitdə olan "Tyanqun-1" modulu ilə avtomatik birləşmədir. Birləşmədən sonra çinli kosmonavtlar orbital modulda bir neçə gecə qalacaqlar, həmçinin elmi tədqiqatlar aparacaqlar.