Cocuq Mərcanlıda 6 891 ədəd qəlpə aşkarlanıb

cocuq-mercanlida-6-891-eded-qelpe-askarlanib
Oxunma sayı: 649

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 13-18 iyun 2017 -ci il tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 13-18 iyun tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.