Dağıstanda baş nazir 2 müavini ilə birgə saxlanılıb - Qızıl tapança tapıldı

dagistanda-bas-nazir-2-muavini-ile-birge-saxlanilib
Oxunma sayı: 2729

Dağıstanda Federal Təhlükəsizlik Xidməti əməkdaşları dörd yüksək vəzifəli məmuru saxlayıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onlardan biri baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Həmidovdur.

Bundan başqa, baş nazirin müavinləri Şamil İsayev və Rayudin Yusufov və sabiq təhsil naziri Şahabas Şahov da dindiriliblər.

Onlar barəsində cinayət işinin açılması nəzərdə tutulur. 

***

Axtarış zamanı Həmidovdan qızıl TT tapançası, “Beretta” tapançası və iki Kalaşnikov avtomatı tapılıb. 

Qeyd edək ki, saxlanılan məmurlar büdcədən sosial proqramların reallaşması üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.