Dağıstanda kriminal avtoritetlər həbs edildi

dagistanda-kriminal-avtoritetler-hebs-edildi
Oxunma sayı: 2122

Rusiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Dağıstan polisi Mahaçqalada 2 nəfər kriminal avtoriteti həbs edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onlardan biri 60 yaşlı Mahaçqala, digəri 51 yaşlı Qerqebil sakinidir. Onlara qarşı cinayət işi açılıb. Kriminal avtoritetlər cinayətkar ierarxiyada yüksək postu tutmaqda, cinayətkar fəaliyyətə rəhbərlikdə, ölkənin ictimai təhlükəsizliyinin pozulmasında ititham olunurlar. Şübhəlilərdən silah, çoxlu sayda sim-kart və iri məbləğdə yerli və xarici valyuta götürülüb.

Cinayətkarları 15 ilədək həbs gözləyir.