Daha 3 güləşçimiz mübarizəyə başlayır - Yenilənir

daha-3-gulescimiz-mubarizeye-baslayir
Oxunma sayı: 852

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq. Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşacaq.

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi isə Radoslav Baran (Polşa) olacaq.

Qadın güləşi

68 kq

İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.