Daha bir ev yandı

daha-bir-ev-yandi
Oxunma sayı: 1025

Tovuzda yanğın hadisəsi qeydə alınıb. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın rayonun Böyük Qışlaq kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət pilləkən 6 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.