Daha iki məşhur “DOST Xonçası”na qoşuldu - Fotolar+Video

daha-iki-meshur-dost-xoncasina-qosuldu
Oxunma sayı: 2306

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına daha iki məşhur qoşulub.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayeva 80 yaşlı Vəciqə Ağayevanın qonağı olub, onunla bayramlaşıb. 

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da aztəminatlı yaşlı vətəndaşlara bayram sovqatı aparıb. 

Qeyd edək ki, “DOST Xonçası” kampaniyasının məqsədi ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir. Aksiyaya hər qurum və hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə “facebook” səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.