Danışanda vurğuya, intonasiyaya əməl etməlisiz

danisanda-vurguya-intonasiyaya-emel-etmelisiz
Oxunma sayı: 659

Veysəlli deyib ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin normaları əsasında yaranaraq yazılı dili tənzimlədiyi kimi, orfofonik lüğət də hazırlanaraq danışıq dilini tənzimlənməlidir.

Onun sözlərinə görə, hazırda KİV-də Azərbaycan dilinin işlənmə normaları ciddi şəkildə pozulur. Danışıq dilində intonasiya, vurğu, ayrı-ayrı səslərin artikulyasiyası ilə bağlı ciddi pozuntular müşahidə edilir.

Veysəlli qeyd edib ki, bu lüğət danışıqda vahid, təmiz Azərbaycan dilinin işlənməsinə xidmət edəcək.

O qeyd edib ki, lüğət hazırlandıqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcək. Razılıq əldə edildikdən sonra o, kitab kimi çap ediləcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərək normativ sənəd kimi Azərbaycan cəmiyyətinə təqdim ediləcək.