Davos forumu maliyyə böhranını müzakirə edəcək

davos-forumu-maliyye-bohranini-muzakire-edecek-
Oxunma sayı: 649

Forumda əsasən maliyyə və borc böhranı, həmin böhrandan çıxış yolları diqqət mərkəzində olacaq.
“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, yanvarın 29-dək davam edəcək forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcək. 2600-dən cox nümayəndənin qatılacağı forumun sessiyasında 40-dək dövlət və hökumət başçısının iştirakı gözlənir.