Dəhşətli qəzanın qurbanı olacaqdı - Son anda biletini dəyişdirdi

dehsetli-qezanin-qurbani-olacaqdi
Oxunma sayı: 4551

Murmansk vilayətinin sakini Alyona Medvedyeva “Şeremetyevo” hava limanında qəzaya uğrayan “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinə aldığı bileti hadisədən iki gün əvvəl dəyişdirib.

“Qafaqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qadının sözlərinə görə, daxili hissi ona həmin reyslə uçmamağı deyib. Nəticədə o, sağ qalıb.

A. Medvedyeva deyir ki, sözügedən hadisə baş verdiyi gün valideynləri, tanışları ondan ötrü bərk narahatlıq keçiriblər. Olanlardan xəbər tutan qadın böyük sarsıntı yaşayıb.

Xatırladaq ki, ən son məlumata görə, qəza nəticəsində 41 nəfər dünyasını dəyişib.