Dələduzluq edən şəxs yaxalandı- Kriminal xəbərlər

deleduzluq-eden-sexs-yaxalandi-kriminal-xeberler
Oxunma sayı: 703

Sentyabrın 23-də Yeni Günəşli qəsəbəsində yerləşən avtoyuma məntəqəsində kassadan 114 manat və Saatlı rayon sakini Fərhad Cəbiyevin cibindən 53 manat, mobil telefon oğurlanıb. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tərlan Suanverdiyev dekabrın 9-da yaxalanmışdır.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əfsun Hüseynovdan 5 kiloqrama yaxın civə aşkar edilərək götürülüb.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Aydın Cəfərov dekabrın 9-da yaxalanıb.