Dənizdə batan iki gəncin meyiti tapıldı - Yenilənib

denizde-batan-iki-gencin-meyiti-tapildi
Oxunma sayı: 3028

Bakı şəhərinin Sabunçu rayonunun ərazisində dənizdə 2 nəfərin batdığı ehtimal olunur. 

“Qafqazinfo”  xəbər verir ki, bu haqda məlumatı FHN yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Bakının Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.

1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.