Deputat gənclərin işlə təmin edilməsinə yardım edib

Deputat gənclərin işlə təmin edilməsinə yardım edib
Oxunma sayı: 1318

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib. 

“Qafqazinfo” xəbər verir ki, deputat region gənclərinin inkişafını, o cümlədən gənclərin məşğulluğunun artırılmasına xüsusi həssaslıqla yanaşan millət vəkili gəncləri ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyib.

N. Həmzəyev onlardan bəzilərinin qarşılaşdığı problemlərin həlli istiqamətində konkret addımlar atıb. Məşğulluqla bağlı müraciətlər yerindəcə həll olunub, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 8 gənc daimi işlə təmin edilib. 

Daha sonra millət vəkili sosial və tibbi yardımlarla bağlı müraciət edən bir qrup seçici ilə də görüşüb. O, ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi