Dərbəndin mərkəzi küçəsinə Heydər Əliyevin adı verildi

derbendin-merkezi-kucesine-heyder-eliyevin-adi-verildi
Oxunma sayı: 645

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Dərbənd şəhərinin başçısı İmam Yarəliyev və Dərbənd Şəhər Deputatları Yığıncağının sədri Mövsüm Rəhimov Azərbaycan Respublikası Prezidenti Administrasiyasına məktub göndərib. Məktubda deyilir ki, bu qərar Dağıstan ilə Azərbaycan və Rusiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində və inkişaf etdirilməsində müstəsna rolu olmuş Heydər Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsidir. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin başladığı işi layiqincə davam etdirir və onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan postsovet məkanında çiçəklənən dövlətlərdən birinə çevrilib.

Biz əminik ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Dağıstan dostluğu daha da möhkəmlənəcək.