DİN-dən futbolçunun törətdiyi qəza ilə bağlı - Açıqlama

din-den-futbolcunun-toretdiyi-qeza-ile-bagli-aciqlama
Oxunma sayı: 674

Daxili İşlər Nazirliyi “Neftçi”nin futbolçusu Araz Abdullayevin törətdiyi qəzaya münasibət bildirib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Məlumatda bildirilir, hadisə ilə bağlı hazırda sənədləşdirmə işləri aparılır: “Bu gün Nobel prospektində qəzanın baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb”.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzanı törədən “Neftçi”nin futbolçusu Araz Abdullayev yaralı şəxsi başqa maşınla xəstəxanaya aparıb.

Hazırda qəza ilə bağlı daha dəqiq araşdırma aparılır.

Qeyd edək ki, Araz Abdullayev “Nissan” markalı 90-XF-350 dövlət nömrə nişanlı avtomobillə qəzaya düşüb.

***
Qəza nəticəsində ölən qadın Zəminə Hüseynovadır. 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. /apa/

İqbal