Dini icma ləğv olundu

dini-icma-legv-olundu
Oxunma sayı: 635

“Turan”ın verdiyi məlumata görə, dini icma 2004-cü il iyulun 9-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, dini icmalar 2010-cu il yanvarın 1-nə kimi yenidən qeydiyyatdan keçmək üçün sənədlərini komitəyə təqdim etməli idilər. Qoyulan müddət ərzində icma sənədlərini komitəyə təqdim etmədiyindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi icmanın ləğvi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə üz tutub və məhkəmə komitənin iddiasını təmin edib.