Dini icmalar üçün seminar keçirilib- - Sumqayıtda

dini-icmalar-ucun-seminar-kecirilib-
Oxunma sayı: 728


“Qafqazinfo”ya daxil olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqlər davam edir. Seminarlarlar Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə həyata keçirilir. Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər. 

Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev  Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda danışaraq bildirmişdir ki, qeyd olunan mövzularda müzakirələrin  aparıldığı seminar-treninqlərə Dövlət Komitəsi tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir.