Dini qurumların dövlət reyestrinin yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib

dini-qurumlarin-dovlet-reyestrinin-yaradilmasi-dini-qurumlarla-is-uzre-dovlet-komitesine-hevale-edilib-
Oxunma sayı: 635

Nazirlər Kabinetindən bazar ertəsi “Trend”ə verilən məlumata görə, "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişikliyə əsasən, Azərbaycanda dini qurumların dövlət reyestrinin yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib.
Digər dəyişikliklərə əsasən, qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri öz səlahiyyətləri daxilində müvafiq olaraq Azərbaycan Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılmalıdır.
Eyni zamanda, dəyişikliklərə görə, kommersiya hüquqi şəxslərin dövlət reyestri dövlət qeydiyyatına alınmış şəxslər barəsində Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarının öz səlahiyyətləri daxilində və məlumatları əsasında Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib