Dövlət Agentliyinin işçisi faciəli şəkildə öldü

dovlet-agentliyinin-iscisi-facieli-sekilde-oldu
Oxunma sayı: 4029

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
 
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.
 
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
 
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.