Dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

dovlet-musteqilliyinin-berpasinin-20-illiyine-hesr-olunmus-deyirmi-masa-kecirilib
Oxunma sayı: 633

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanda müstəqillik dövründə sığorta-pensiya sistemində keçirilən islahatların əhalinin etibarlı sosial müdafiəsinə imkan yaratdığını, əmək pensiyalarının dəfələrlə artırıldığını vurğulayıb.
DSMF sədri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov öz məruzəsində sığorta-pensiya sisteminin tarixi barədə ətraflı məlumat verib.
S. Müslümov bildiib ki, yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulub, vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Bu məqsədlə 1 milyon 930 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Daha sonra tədbirdə millət vəkili, professor Musa Qasımlı, millət vəkili Leyla Abdullayeva və digər natiqlər çıxış ediblər.

Nigar Məmmədli