Dövlət Qulluqçularının Peşə Bayramı Günü ilə bağlı konfrans keçirilib

dovlet-qulluqcularinin-pese-bayrami-gunu-ile-bagli-konfrans-kecirilib
Oxunma sayı: 943

Komissiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda dövlət qulluğu tarixindən danışaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırılıb.

“Dövlət qulluğu: 2007-2012-ci illər – nailiyyətlər və hədəflər” mövzusunda çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, ilk dəfə “dövlət qulluğu” anlayışı Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsi ilə qəbul edilən Konstitusiyada öz əksini tapıb.

Qeyd edilib ki, ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi təşkil edir.

Sonra Akademiyanın prorektoru professor Əlikram Abdullayev “Dövlət orqanlarının kadr potensialı milli təhlükəsizlik amili kimi”, Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehdiəliyev “Dövlət qulluqçusu yeni informasiya məkanında” mövzularında çıxış edib.