Dünya çempionatının talismanı “Top-top xanım” olacaq?

dunya-cempionatinin-talismani-top-top-xanim-olacaq
Oxunma sayı: 665

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müsabiqəyə təkliflərini göndərənlər arasında “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə də var. B.Bağırzadə maskotun “Top-Top xanım” adlandırılmasını təklif edib. O, təklifini belə əsaslandırıb ki, “Top-Top xanım” adının futbolun əsas atributlarından biri olan top sözü ilə bağlılığı var. Üstəlik, “top” ifadəsi bir çox dildə “ən yaxşı” mənasında işlədilir.