Dünyanın ən nüfuzlu kişisi oldu

dunyanin-en-nufuzlu-kisisi-oldu
Oxunma sayı: 637

Siyahıda ikinci yeri Almaniya kansleri Angela Merkel tutub. Qeyd edək ki, Merkel bu il dünyanın ən nüfuzlu qadınlarının reytinq sıralamasında birinci yeri tutumuşdu.

Rusiya prezidenti Vladimir Putin isə dünyanın ən güclü üçüncü insanı seçilib. Qeyd edək ki, ötən il baş nazir postunda olan Putin reytinq cədvəlində ikinci pillədə qərarlaşmışdı.

Top onluğa daxil olanlar arasında Microsoft şirkətinin yaradıcısı Bill Qeyts, Roma Papası XVI Benedikt, ABŞ Federal Ehtiyat Xidmətinin rəhbəri Ben Bernanke, Səudiyyə Ərəbistanı kralı Abdulla Bin Abdel Əziz, Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi, Çinin Kommunist partiyasının yeni baş katibi Si Tszinpin və İngiltərənin baş naziri Devid Kameron da var.