Dünyanın ən qəribə ölümləri

dunyanin-en-qeribe-olumleri
Oxunma sayı: 1430


“Qafqazinfo” modern.az-a istinadən tarixdə qəribə ölümləri ilə yadda qalanlarla bağlı yazını təqdim edir. 

Pəncərə şüşəsinin qırılmaz olduğunu sübut eləmək üçün, özünü bütün gücüylə şüşəyə çırpan Garry Goy, 1993-cü ildə şüşənin qırılması ilə 10-cu mərtəbədən aşağı düşərək ölüb.

Segway-i icad edən Jimi Heselden, 2010-cu ildə  öz icadı ilə uçurumdan yerə yıxılaraq ölüb.    

HMS Triniad müharibə gəmisində mərmini hədəfə fırlatmaq yerinə özünə doğru atəş açtığına görə faciəvi şəkildə can verib.  

1940-cı ildə atasının qəbrini ziyarət etməyə gedən Marcus Garvey, bir məzar daşında öz adını görərək infarkt keçirərək ölüb.    

1920-ci ildə Yunanıstan kralı I. Aleksandros, evcil bir meymun tərəfindən dişlənildiyi üçün ölüb.  

Silahlı hücuma məruz qalan və şans əsəri sağ qalan Klement Vallandigham, 1871-ci ildə münsif qarşısına keçib, necə hücuma məruz qaldığını nağıl edərkən ehtiyatsızlıqdan atəş açaraq özünü öldürüb.    

1794-cü ildə John Kendrick, qazi olması münasibətilə edilən atəşfəşanlıqda açılan top mərmisinə tuş gələrək ölüb.  

1751-ci ildə şərəfinə keçirilən qonaqlıqda həddindən artıq yemək yediyinə görə ölən Julian de La Mettrie, günü bu gün də unudulmayıb.  

Müharibə zamanı düşmənin kəsik başını əlinə alan və atın üzərində zəfərini göstərmək istəyən Sigurd Eysteinsson, kəsik başdakı dişin əlinə batması ilə infeksiyaya yoluxaraq 892-ci ildə dünyasını dəyişib. 

Bir ayağı olmayan və taxtadan protez ayaq taxan Arthur Aston, 1649-cu ildə öz protezi ilə döyülərək öldürülüb.  

1947-ci ildə baxımsızlıqdan evini zibilliyə çevirən Homer Kollyer, evdən çıxış qapısını tapa bilmədiyi üçün ürəyi partlayaraq ölüb.