Efiopiyada dövlət çevrilişinə cəhd edən şübhəli güllələndi

efiopiyada-dovlet-cevrilisine-cehd-eden-subheli-gullelendi
Oxunma sayı: 877

Efiopiyanın Amxar regionunun təhlükəsizlik xidmətinin rəisi Asamine Tsiqe bazar günü ordunun baş qərargah rəisini öldürərək ölkədə çevrilişə cəhd etdiyinə görə güllələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Efiopiyanın dövlət televiziyası məlumat yayıb. Baş nazir Abiy Axmed Tsiqeni Amxardakı çevrilişə cəhdin əsas şübhəlisi adlandrıb.

Məhz bu cəhd zamanı regionun rəhbəri, baş müşaviri, baş prokuroru, ordunun baş qərargah rəisi öldürülüb.