Əhmədinejadın qardaşı da prezidentliyə namizəd oldu

ehmedinejadin-qardasi-da-prezidentliye-namized-oldu
Oxunma sayı: 647


Davud Əhmədinejad İran İslam İnqilabı Keşikçilər Korpusunun (sepah) təhlükəsizlik məsələləri üzrə əməkdaşı olub. O, Əhmədinejadın birinci prezidentliyi dövründə prezident aparatının müfəttişlik idarəsinin rəhbəri işləyib. 2008-ci ildə tutduğu vəzifədən istefa verib. İran KİV-lərinin məlumatına görə, onun istefasına qardaşı prezident Mahmud Əhmədinejadla aralarındakı gərginlik səbəb olub.
Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb. Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.
İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.
Ölkədə prezident 4 il müddətinə seçilir.