Ehtiyatsızlıqdan yıxıldı və öldü

ehtiyatsizliqdan-yixildi-ve-oldu
Oxunma sayı: 644

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Adil Məmmədov həyətində ehtiyatsızlığı nəticəsində yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Digər bir hadisə isə Xaçmazda baş verib. Xaçmaz rayonunda yaşayan Nəcəf Mustafayevin evində təmir işləri aparan Quba rayon sakini İntiqam Əliyev ehtiyatsızlığı nəticəsində 5-ci mərtəbədən yıxılıb. Xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Əliyev avqustun 23-də orada ölüb.

Eldar Tanrıverdiyev