Eks-prezidentlər xeyriyyə konsertində bir arada - Fotolar

eks-prezidentler-xeyriyye-konsertinde-bir-arada
Oxunma sayı: 2456

ABŞ-ın 5 keçmiş prezidenti - Cimmi Karter, Barak Obama, Bill Klinton, Corc Buş və oğlu Corc Uoker Buş, İrma və Mariya qasırğalarından zərər görmüş insanlara yardım məqsədilə keçirilən xeyriyyə konsertində bir araya gəliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Texasda universitetdə keçirilən konsertdə 5 eks-prezident 2013-cü ildən bu yana ilk dəfə birlikdə olublar.

Xeyriyyə konsertində “Qremmi” mükafatçısı, amerikalı müğənni Ledi Qaqa, Alabama qrupu, Sem Muur, Yolanda Adams, Layl Lovett və Robert İrrel Kin oxuyublar.

Corc Uoker Buşun sözçüsü Cim MakQras keçmiş prezidentlərin dəstəyilə 7 sentyabrdan bu yana keçirilən xeyriyyə kampaniyasında 31 milyon dollar toplanıldığını açıqlayıb.

Konsert zamanı təbrik videosu ilə ABŞ prezidenti Donald Tramp sələflərini “ABŞ-ın ən yaxşı dövlət kollektivi” adlandırıb:

“Bu ecazkar səy bizə Allahın əmrində həqiqətən tək millət olduğumuzu, dəyərlərimizlə birlikdə və bir-birimizə bağlı olduğumuzu xatırladır”.

B.Obama, C.Buş, C.Karter və B.Klinton isə qısa çıxışlarında D.Trampın adını çəkməyiblər.