Eldəniz Vəliyev işdən çıxarıldı

eldeniz-veliyev-isden-cixarildi
Oxunma sayı: 6027



Moderator.az-ın əldə etdiyi məlumata görə, APA TV-nin rəhbəri vəzifəsinə isə holdinqin digər əməkdaşı  Vüqar Məsimoğlu təyin edilib. Eldəniz Vəliyevin işdən azad edilməsi səbəbi açıqlanmır. 

APA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, Eldəniz Vəliyevin vəzifəsindən uzaqlaşdırılması onun qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməməsidir. 

Şirkət yaxın saatlarda bununla bağlı geniş açıqlama yayacaq.

Qeyd edək ki, TV-nin yeni rəhbəri Vüqar Məsimoğlu APA yaranandan bu şirkətdə fəaliyyətə başlayan əməkdaşlardandır.