Ələkbərov “Bloomberg”in siyahısına düşən yeganə azərbaycanlı oldu

elekberov-bloombergin-siyahisina-dusen-yegane-azerbaycanli-oldu
Oxunma sayı: 1848

“Bloomberg” 2019-cu ilin ilk rüb göstəricilərinə əsasən dünyanın ən zəngin 500 iş adamının reytinq cədvəlini hazırlayıb.

“Qafqazinfo”xəbər verir ki, siyahıda azərbaycanəsilli rusiyalı iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərovun da adı var. O, 17,9 milyard dollarlıq sərvətlə 52-ci yerdə qərarlaşıb.

İlk üçlüyə Ceff Bezos (111 milyard dollar), Bill Qeyts (101 milyard dollar), Bernard Arnault (88,7 milyard dollar) daxildir.