Əli Abbasov Türkiyədədir

eli-abbasov-turkiyededir
Oxunma sayı: 655

Sərgidə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin və ölkənin aparıcı İT şirkətlərinin nümayəndələri də daxildir. Bu il respublika tədbirdə ayrıca milli pavilyonla təmsil olunmaqla ölkənin İKT sahəsində əldə etdiyi ən son nailiyyətləri, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələri nümayiş etdirir. Azərbaycan həmçinin, builki sərgi və konfransın rəsmi tərəfdaş ölkəsi qismində çıxış edir.

Qeyd edək ki, "CeBİT Bilisim Eurasia 2011" informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı sahəsində dünyanın ən iri sərgilərindən biridir. CeBIT Bilisim Eurasia sərgisində ən son texnoloji həllər və informasiya-kommunikasiya texnologiyaları sahəsinin məhsulları nümayiş olunacaq.

Nigar Məmmədli