Əli Kərimlidən Pərvizə təbrik gəldi

eli-kerimliden-pervize-tebrik-geldi
Oxunma sayı: 666

Təbrikdə deyiiir: "Dünən Azərbaycanın müasir ədəbiyyat tarixində mühüm hadisələrdən biri baş verib. Azərbaycanın ən mühüm fikir adamlarından biri - yazar Pərvizin “Yad dildə” romanı Milli Kitab Mükafatının qalibi olub.
Mən bir oxucu kimi bu qələbəyə sevinir, müəllifi təbrik edirəm. Bu roman Azərbaycanın son siyasi tarixinə aydın və obyektiv işıq salan bir əsər olmaqla yanaşı, həm də gözəl bədii xüsusiyyətləri özündə əks etdirən bir əsər kimi də cəmiyyətin diqqətini cəlb etmiş, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Bu baxımdan sözügedən qələbə cəmiyyət üçün də gözlənilməz sayılmamalıdır. Çünki “Yad dildə” layiq olduğu qiymətlərdən birini almışdır. Ən mühüm qiyməti isə oxucusundan və tarixdən alacağına heç bir şübhə yoxdur.

Pərviz bəyi bu qələbə münasibətilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları və oxucu sevgisi arzulayıram".