Ər-arvad təqdimat keçirəcək

er-arvad-teqdimat-kecirecek
Oxunma sayı: 1363


“Qızımız dünyaya gəldi, onunla əlaqədar 3-4 ay fasilə verdik. Söz verdik ki, dönüşümüz möhtəşəm olacaq. Sözümüzün üstündə durmuşuq. Şou-biznes əhli bizim layihələrin şahidi olacaq. Yeni aranjeman etdiyimiz mahnılar var, televiziyaların birində böyük layihədə yer alacağıq. Tezliklə “Bir zamanlar” mahısına klip çəkdirəcəyik. Yeni duetimizə tezliklə təqdimat mərasimi keçirəcəyik”.

Elif adlı qızları olan cütlük çox xoşbəxt olduqlarını vurğulayıblar:

“ Valideyn olmaq gözəl hissdir, bunu sözlə ifadə edə bilmərik. Qızımız Elif böyüyür, Allah bütün balaları saxlasın. Çox xoşbəxtik, gözəl ailəmiz var. Heç bir şey sənətə və ailəyə əngəl olmamalıdır. Vaxtında evləndik, vaxtında övladımız doğuldu. Tək diləyimiz odur ki, bu xoşbəxtliyi Allah pozmasın. Bizə deyirdilər ki, uşaq üçün tezdir. Lakin belə düşünmürük, hər kəsə ailə lazımdır. Ailə hər şeydən üstündür, qalan işlər özü yoluna düşür”. 

Könül