“Ərdoğan və ailəsi İŞİD-dən neft alır” - Putin sənədləri açdı+Yenilənir

erdogan-ve-ailesi-isid-den-neft-alir
Oxunma sayı: 13740

“Suriyada və İraqda vuruşan İŞİD neftinin əsas istehlakçısı Türkiyədir”.

“Qafqazinfo” xəbər verir ki, bu qalmaqallı bəyanat Rusiya Müdafiə Nazirliyinin bu dəqiqələrdə keçirilən “Beynəlxalq terrorizmlə mübarizədə Rusiya Federasiyasının Silahlı Qüvvələri. Yeni faktlar” adlı brifinqində səsləndirilib:

Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Türkiyə elitası sənaye miqyasında Suriya neftini oğurlamaqla məşğuldur:

“Türkiyə prezidenti Ərdoğan və onun ailəsi İŞİD tərəfindən ələ keçirilən Suriya yataqlarından qanunsuz neft əldə edir”.

Nazirlik həmçinin Rusiyanın İŞİd-in Suriyadan Türkiyəyə neft daşıdığı üç marşrut xətti ilə bağlı məlumatlı olduğunu açıqlayıb:

"Suriya-Türkiyə sərhədini keçdikdən sonra İŞİD neftilə doldurulan yük maşınları liman gedir və emal olunmaq üçün üçüncü ölkəyə göndərilir.

Rusiya MN-nin İŞİD döyüşçülərinin Suriyada yanacaq daşıyan yük maşınlarının mövcudluğuna dair informasiyası qurumun rəsmi saytında açıq şəkildə yerləşdiriləcək

İŞİD nefti daşıyan maşınlar maneəsiz olaraq Türkiyə və İraq sərhədini keçir. Son həftədə Türkiyədən Suriyaya 2 mindən çox döyüşçü, 120 tondan çox sürsat və 250 müxtəlif tipli avomobillər daxil olub.

İŞİD terrorçularının satdığı neft nəinki Türkiyə rəhbərliyinin zənginləşməsinə səbəb olur, həmçinin Suriyaya silah və döyüşçü səviyyəsində qayıdır”

“Biz Ərdoğanın sözünün dəyərini bilirik. Onun yalanını artıq bir dəfə türk jurnalistlər Türkiyənin humanitar yardım adı altında döyüşçülərə silah göndərdiyi zaman tutublar. Elə buna görə də həmin jurnalistləri həbs etdilər. Rəhbərlik, xüsusən də cənab Ərdoğan hətta üzü oğurluq neftə bulansa belə istefaya getməyəcək” –deyə Rusiya Müdafiə nazirinin müavini Antonov açıqlayıb.