Ərdoğan və Putin arasında telefon danışığı olub

erdogan-ve-putin-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1447

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

Tərəflər söhbət zamanı Suriya məsələsinə dair mövzuları müzakirə ediblər.

Bildirilir ki, dövlət başçıları oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər.

Bundan əlavə prezidentlərin Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər.

“Ankarada keçirilmiş görüşdə əldə edilən razılaşmalar uğurla həyata keçirilir, o cümlədən iqtisadi-ticarət sahəsində”,-deyə məlumatda bildirilir.