“Ərə gedirəm”

ere-gedirem
Oxunma sayı: 662

Milli.Az xəbər verir ki, xalq və estrada mahnılarının mahir ifaçısı Mətanət Əsədova ağ gəlinlik geyinməyə hazırlaşır. Müğənni bu açıqlamanı Novruz bayramına həsr olunmuş xalq konsertlərinin birində çıxış etdikdən sonra əməkdaşımıza eksklüziv olaraq söyləyib: “Ərə gedirəm, özü də bunu reklam xatirinə etməyəcəm. Nişanlım hazırda xaricdədir. Bakıya qayıdan kimi evlənəcəyik. Bu toy çox səs-küyə səbəb olacaq. Jurnalistlərə qadağa-filan qoyulmayacaq. Odur ki, bu xoş günümü səbirsizliklə gözləyin”.